Putin Moskvada Paşinyandan bunu SORUŞACAQ - Peskovdan AÇIQLAMA
Rusiya və Ermənistan liderləri dekabr ayında Moskvada bir araya gələcəklər.
SAVASHMEDİA.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan həmin görüşdə Rusiyanın Ermənistandakı hərbi bazasının gələcəyini müzakirə edəcəklər.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, 102-ci Rusiya hərbi bazası regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında mühüm rol oynayır. O, Moskvanın bu məsələ ilə bağlı Ermənistan tərəfinin mövqeyini də eşitmək istədiyini vurğulayıb.
Görüşdə Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması və Avrasiya İqtisadi İttifaqında üzvlüyünü davam etdirmək istəyi də müzakirə olunacaq.
Peskov bu iki istiqamətdə inteqrasiyanın eyni vaxtda davam etdirilməsinin mümkün olmadığını bildirərək İrəvanın seçim etməli olduğunu deyib.
Qeyd edək ki, Paşinyan dekabrın 3-də Moskvaya səfər etməyi planlaşdırır.
Oğuz