"Putinin məntiqinə qalsa, Rusiya torpaqları da Monqolustanındır" - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna ərazilərinin tarixən Rusiyaya məxsus olması ilə bağlı iddiaları düzgün hesab etmədiyini deyib.

Nov 26, 2026 - 21:39
"Putinin məntiqinə qalsa, Rusiya torpaqları da Monqolustanındır" - Lukaşenko

SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə Fransanın “Le Point” jurnalına müsahibəsində danışıb.

Lukaşenko qeyd edib ki, Ukrayna torpaqlarının qədimdən Rusiyaya məxsus olduğunu söyləmək doğru yanaşma deyil.

“Vaxtilə bu ərazilər Rusiyanın tərkibində olub. Lakin məsələyə daha dərindən yanaşsaq, rus torpaqları da monqol və tatarların hakimiyyəti altında olub. Bu məntiqlə, onda bütün Rusiyanı Monqolustana qaytarmaq lazım gələcək”, - Belarus lideri bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin də bu məntiqdəki ziddiyyəti çox yaxşı anlayır.

Lukaşenko müsahibəsində slavyan xalqlarının tarixi yaxınlığına da toxunub. 

Belarus lideri həmçinin Putinin Ukrayna xalqının və dövlətinin mövcudluğunu inkar etdiyini eşitmədiyini deyib.

Oğuz