“Ermənistanın COP-da iştirak edib-etməməsi öz qərarıdır” - Prezident
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Finlandiyanın Prezidenti Aleksandr Stubb ilə görüşüb.
SAVASHMEDİA.az-ın məlumatına görə, görüş zamanı ATƏT-in Minsk qrupunun artıq tarixin bir tərkib hissəsi olduğunu deyən dövlət başçısı vurğulayıb ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir.
Prezident İlham Əliyev Ermənistana da COP-da iştirak etmək üçün dəvət göndərildiyini, lakin bu ölkənin iştirak edib-etməməsinin Ermənistanın özünün qərarı olduğunu bildirib.