Bu ölkə Salome Zurabişviliyə sığınacaq təklif etdi
Litva zəruri olacağı təqdirdə Gürcüstan prezidenti Salome Zurabişviliyə sığınacaq verməyə hazırdır.
SAVASHMEDİA.az “Delfi” portalına istinadən xəbər verir ki, bu barədə Litva prezidentinin baş müşaviri Asta Skaysgirite bildirib.
“Belə ehtiyac yaranarsa, əlbəttə ki, Litva Zurabişviliyə sığınacaq verəcək”, - deyə baş müşavir vurğulayıb.
Eyni zamanda o, qeyd edib ki, Gürcüstan prezidenti hələlik Tiflisdə öz xalqının yanında olacağını açıq şəkildə bəyan edib.
Xatirə SADİQ