Çin lideri Trampa İranla bağlı söz verdi - Əməl edəcəkmi?
ABŞ Prezidenti Donald Trump Çin lideri Si Cinpinin İrana hərbi texnika göndərməyəcəklərinə söz verdiyini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp “Fox News”a müsahibəsində Pekinin İran neftini almaqda maraqlı olduğunu, lakin hərbi dəstək məsələsində fərqli mövqe sərgilədiyini bildirib.
“Si Cinpin dedi ki, İrana hərbi texnika göndərmək niyyətində deyil. Bu, çox ciddi bəyanatdır”, - Tramp vurğulayıb.
ABŞ lideri əlavə edib ki, Çinlə aparılan danışıqlarda İran məsələsi əsas müzakirə mövzularından biri olub.
Oğuz