"Nüvə silahına ehtiyac olmayacaq" - Putin
Ukrayna ilə müharibə zamanı Rusiya nüvə silahından istifadə etməyə ehtiyac duymayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bizi təxribata çəkməyə çalışdılar, səhv addım atmağımızı istədilər. Lakin həmin silahdan istifadə zərurəti yaranmadı və ümid edirəm, bu, heç vaxt lazım olmayacaq,” – deyə Rusiya lideri qeyd edib.
Putin əlavə edib ki, Rusiya 2022-ci ildə başladığı hərbi əməliyyatı öz xeyrinə başa çatdırmaq üçün yetərincə gücə və resurslara malikdir.