Rusiyadan Yermakın "yanan Kreml" paylaşımına reaksiya - "İnsanları qorxudurlar"

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak son paylaşımı ilə bütün dünyanın diqqətinə üzərinə çəkməyi bacarıb. 

May 4, 2025 - 12:25
Rusiyadan Yermakın "yanan Kreml" paylaşımına reaksiya - "İnsanları qorxudurlar"

SAVASHMEDİA.az xatırladır ki, o, 9 May Qələbə Günü ərəfəsində Moskvanın yandırılacağına eyham vurub.

Belə ki, Andrey Yermak sosial şəbəkədə Zelenskinin, döyüş dronlarının və yanan Qırmızı Meydanın təsvir olunduğu şəkil paylaşıb.

Paylaşımda məşhur sovet mahnısı olan “Qələbə günü”ndən götürülmüş bu sözlər yazılıb: “Bu günü bacardığımız qədər yaxınlaşdırdıq”.

Ekspertlər bunu Ukraynanın Moskvaya və ya simvolik olaraq Kremlə yönələn mümkün hücumunun mesajı kimi qiymətləndirirlər. 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həmin paylaşıma reaksiya verib. O, bildirib ki, Kiyevin məqsədi atəşkəsə nail olmaq yox, insanları qorxu içində saxlamaq və neonasist ideologiyasını yaymaqdır.

Zaxarova hesab edir ki, bu, Ukrayna hakimiyyəti  “klassik terror davranışıdır”.

Oğuz

Andrey Yermakın həmin paylaşımı