"Mütləq qalib gəlməliyik" - Ayxan Abbasov

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteynlə keçiriləcək səfər oyunu barədə danışıb.

Nov 13, 2026 - 00:37
"Mütləq qalib gəlməliyik" - Ayxan Abbasov

SAVASHMEDİA.az xəbər verir ki, mütəxəssis qarşılaşmadan öncə keçirilən mətbuat konfransında komandanın hazırlığından və hədəflərindən söz açıb:

“Bu il UEFA Millətlər Liqasında sonuncu oyunumuzu keçirəcəyik. Ardınca Andorra ilə yoldaşlıq görüşümüz olacaq. Qrup liderliyini təmin etmək üçün Lixtenşteynə mütləq qalib gəlməliyik. Rəqibin oyun üslubuna yaxşı bələdik. Bakıda keçirilən görüşdə heç-heçə etmişdik. Bu dəfə doğma meydanda daha inamlı oynamağa çalışacaqlar.

Komandamız matça tam hazırdır, futbolçuların əhval-ruhiyyəsi yüksəkdir. Premyer Liqada gərgin mübarizə davam edir və oyunçularımız da yaxşı formadadır. İnanıram ki, sabah istədiyimiz nəticəni əldə edəcəyik”.

Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.