Sabah doğrudanmı dünyanın sonudur? - Üç fizik düz hesablayıb?   

Dünyanın sonunun 2026-cı il noyabrın 13-də olacağı ilə bağlı köhnə bir elmi proqnoz yenidən gündəmə gəlib.

Nov 12, 2026 - 18:21
Sabah doğrudanmı dünyanın sonudur? - Üç fizik düz hesablayıb?   

SAVASHMEDİA.az xəbər verir ki, bu iddianın əsası 1960-cı ildə ABŞ-nin “Science” jurnalında dərc olunan araşdırmaya gedib çıxır.

Avstriyalı fizik Haynts fon Förster, Patrisiya Mora və Lourens Amiot tərəfindən hazırlanan məqalədə dünya əhalisinin artım tempi təhlil edilib. Alimlər həmin dövrdəki demoqrafik tendensiyaların dəyişmədən davam edəcəyi təqdirdə, bəşəriyyətin 13 noyabr 2026-cı ildə kritik həddə çatacağını hesablayıblar.

Araşdırmada dünyanın məhz həmin gün məhv olacağı deyil, əhali artımının davam etməsi nəticəsində ciddi problemlərin yaranacağı nəzərdə tutulurdu. Tarixin “dünyanın sonu” kimi təqdim edilməsi isə sonradan bu hesablamanın sensasiyalı şərhindən qaynaqlanıb.

Lakin 1960-cı illərdən sonra demoqrafik vəziyyət dəyişib. Bir çox ölkədə doğum səviyyəsi aşağı düşüb, əhali artımının tempi zəifləyib. Buna görə də həmin dövrün göstəriciləri əsasında aparılan hesablamalar bugünkü reallığı əks etdirmir.

Beləliklə, noyabrın 13-də dünyanın sonunun gələcəyi barədə iddianın elmi əsası yoxdur. Söhbət 66 il əvvəl əhali artımı ilə bağlı hazırlanmış riyazi modeldən gedir.

Oğuz