Maskın oğlu prezident masasını murdarladı, Tramp otaqdan çıxartdı - FOTO

İlon Maskın kiçik oğlu burnunun suyunu və çirkini Oval kabinetdəki “Resolute” masasına yaxandan sonra Tramp onun götürülməsini əmr edib. 

Feb 21, 2025 - 14:35
Feb 21, 2025 - 14:39
Maskın oğlu prezident masasını murdarladı, Tramp otaqdan çıxartdı - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “New York Post” yazıb.

Amerikalı prezident stolun bərpaya göndərilməsini tapşırıb. 

Nəşr yazıb ki, Bu, ilk dəfə 1961-ci ildə Con F. Kennedi və sonradan bir çox Amerika prezidentləri tərəfindən istifadə edilən ikonik yazı masasıdır. 

Məlum olub ki, Tramp hələlik eks-prezident Corc Buş və başqalarının dövründə istifadə olunmuş masa arxasında işləyəcək. 

Bərpadan sonra köhnə masa öz yerinə qaytarılacaq.

Xatirə SADİQ

Foto "Reyters"ə məxsusdur