G7-nin bəyanatından “ukraynayönlü” ifadələr çıxarıldı - “The New York Times” 

Tramp administrasiyyası G7-nin yeni kommünikesində “ukraynayönlü” ifadələri  çıxarıb. 

Feb 21, 2025 - 14:51
G7-nin bəyanatından “ukraynayönlü” ifadələr çıxarıldı - “The New York Times” 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazıb. 

Nəşr qeyd edib ki, nəticədə neytral bəyanat layihəsi yaranıb, çünki sənəddə Rusiyaya təcavüzkar və ya  Ukraynaya işğalın qurbanı kimi istinadlar yoxdur. 

Hazırda diplomatlar layihənin formulları üzərində içşləməyə davam edirlər. İndi layihədə “Rusiyanın Ukraynaya soxulması ilə başlayan dağıdıcı müharibəni” təsvir edilir, lakin 2022-ci ildən bəri G7-nin bəyanatlarında yer alan “Rusiyanın təcavüzü” və ya “təcavüzkar” sözlərindən istifadə olunmur.

Mətnin hazırlanması və təsdiqi onun dərc olunacağı bazar ertəsinə qədər davam edə bilər. Bazar ertəsi onlayn görüşəcək G7 liderlərinin ötən ildə olduğu kimi Ukrayna prezidenti Volodimir Zelenskini tədbirdə iştiraka dəvət edib-etməyəcəyinə də hələ qərar verilməyib.

Xatirə SADİQ