Elza ərə gedir, xəbəri təkzib etmədi - AÇIQLAMA

“Bəzi insanlar mənim yenidən ailə qurmağım üçün narahatlıq keçirirlər. “Arşın mal alan” filmində deyilir ki, heç rəvadır bu cür gözəl bir xanım evdə tək qalsın”.

Feb 21, 2025 - 15:01
Feb 21, 2025 - 15:02
Elza ərə gedir, xəbəri təkzib etmədi - AÇIQLAMA

Bu sözləri Əməkdar artist Elz Seyidcahan deyib.

O, ikinci dəfə ailə qurmaq məsələsinə bu cür reaksiya verib:

“Mənim o cür sənətim, evdə o cür ağıllı övladlarım var. Mən bu suala cavab verməyə utanmıram və ya ayıb bilmirəm. Həyat davam edir. Heç vaxt, heç vaxt demirəm”.

Xatırladaq ki, illər əvvəl Elza Seyidcahan Elşən adlı bəylə ailəli olub daha sonra isə cütlük boşanıb. Onların Əkbər və Gülşən adlı iki övladı var. (yenisabah)