“Kanadanın himnini saxlamağa icazə verəcəyəm” – Tramp qonşu ölkəni ələ saldı

Amerikalı prezident Kanadanın ölkəsinə birləşəcəyi zaman onun dövlət himnini saxlamasına icazə verəcəyini söyləyib. 

Feb 21, 2025 - 15:10
“Kanadanın himnini saxlamağa icazə verəcəyəm” – Tramp qonşu ölkəni ələ saldı

SAVAHMEDİA.az “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Donald Tramp Respublikaçı Qubernatorlar Assosiasiyasının iclasında danışıb.

Kanadanın ABŞ-yə 51-ci ştat kimi birləşməsi barədə fikrini yenidən yada salan Tramp şimal qonşusunu ələ salmağa davam edib.

“Mənim “O Kanada [himnin adı] ətrafındakı ajiotaj xoşuma gəlir. Bu gözəl şeydir. Düşünürəm ki, biz onu 51-ci ştat üçün saxlamalı  olacağıq”, - deyə Ağ Evin rəhbəri bildirib. 

Amerikalı prezident həmçinin Kanadanın baş naziri Castin Trüdonu növbəti dəfə  qubernator adlandırıb. 

Xatirə SADİQ