Tramp Rusiyanı "kağızdan düzəldilmiş pələng" adlandırdı və... - Müharibə elan etdi

Ukrayna NATO-nun köməyi ilə Rusiya tərəfindən işğal olunmuş bütün ərazilərini geri ala bilər.

Sep 24, 2025 - 00:58
Tramp Rusiyanı "kağızdan düzəldilmiş pələng" adlandırdı və... - Müharibə elan etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə görüşündən sonra deyib.

O, Ukraynanın yalnız itirilmiş ərazilərini geri qaytarmaqla kifayətlənməyəcəyini, hətta Rusiyanın içlərinə doğru irəliləyə biləcəyini də bildirib.

“Ukrayna Avropa İttifaqının dəstəyi ilə öz sərhədlərini bərpa etmək və ərazilərini geri almaq qüdrətindədir. Kim bilir, bəlkə sərhədlərinin bərpası ilə yekunlaşmayıb irəlilədi də" - Tramp qeyd edib.

O, 3 ildən artırdır ki, müharibə aparan Rusiyanın tükəndiyini də əlavə edib:

"Müharibə Rusiyanın qüdrətinin nümayişi deyil, əksinə zəifliyinin göstəricisidir. Rusiya indi daha çox  “kağızdan düzəldilmiş pələng”ə bənzədir. Ukraynada isə yüksək əhval-ruhiyyə var və qələbəyə inam getdikcə güclənir. Putin və Rusiya böyük iqtisadi sıxıntı içindədir və indi Ukraynanın hərəkətə keçmə vaxtıdır. Biz NATO-nu silahla təmin etməyə davam edəcəyik ki, NATO onlarla istədiyini edə bilsin. Hər kəsə uğurlar!".

Oğuz