Ermənistan prezidenti kimə səs verib? - Özü AÇIQLADI
Ermənistan Mərkəzi Seçki Komissiyasının saat 17:00-a olan məlumatına görə, seçici fəallığı 48,92% təşkil edib.
SAVASHMEDİA.az xəbər verir ki, saat 17:00-a qədər parlament seçkilərində 1 milyon 224 min 997 seçici iştirak edib.
Bu, 2021-ci ilin eyni dövrü üçün seçkidə iştirak göstəricilərindən (38,17%, 989.972 seçici) xeyli yüksəkdir.
Artıq Ermənistan prezidenti Vaaqn Xaçaturyan da səs verib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, o, jurnalistlərə "Ermənistanın dinc və sabit gələcəyinə" səs verdiyini bildirib.
Bu arada, Ermənistan Daxili İşlər Nazirliyi seçki qanunvericiliyini pozmaqda şübhəli bilinən 14 vətəndaşın saxlanıldığını bildirib.
Oğuz