Ukrayna prezidenti Ərdoğanla görüşəcək

Ukrayna prezidenti Volodimir Zelenski yaxın günlərdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və Türkiyəyə səfər edəcək.

Feb 14, 2025 - 15:54
Feb 14, 2025 - 15:54
Ukrayna prezidenti Ərdoğanla görüşəcək

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Zelenski Münhen Təhlükəsizlik Konfransı çərçivəsində jurnalistlərə bildirib.
 
“Həyat yoldaşımla, birinci xanımla birlikdə BƏƏ-yə rəsmi səfərim var. Çünki bizim böyük humanitar proqramımız və məhbus mübadiləsi məsələmiz var. İkincisi, bundan sonra mən eyni məsələlərlə və başqa bir tərəfdaşlıqla Səudiyyə Ərəbistanına səfər edəcəm. Bu, iki-üç gün ərzində olacaq”, - deyə Ukrayna lideri əlavə edib. 

O, qeyd edib ki, Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanla üç planlaşdırılmış görüşü olacaq. 

Zelenski diqqətə çatdırıb ki, bu səfərlər çərçivəsində Rusiya və ya ABŞ nümayəndələri ilə heç bir görüşü nəzərdə tutulmayıb. 

Xatirə SADİQ