“Putin gələn il NATO ölkələri ilə müharibəyə hazırlaşır” - Zelenski 

“Rusiyalılar gələn il NATO ölkələrinə qarşı təcavüz hazırlaya bilər”.

Feb 14, 2025 - 15:49
“Putin gələn il NATO ölkələri ilə müharibəyə hazırlaşır” - Zelenski 

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransı çərçivəsində jurnalistlərlə söhbəti zamanı deyib. 

Onun sözlərinə görə, Rusiya bu il Belarus istiqamətində təlim və gücləndirmə üçün 15 diviziya hazırlayacaq.

“Biz düşünürük ki, onların hamısı Belarus ərazisində, yaxud qismən orada olacaq. Bu, 100-150 min nəfər olacaq”, - deyə prezident əlavə edib.

Zelenski hesab edir ki, bu böyük birləşmənin məhz Ukraynaya hücum edəcəyinə əmin deyil: “Onlar 2022-ci ildə olduğu kimi Ukraynanın, ya da Polşanın və ya Baltikyanı ölkələrin üzərinə gedə bilər. Düşünürəm ki, onun (Putinin – red.) belə ideyası var. Kəşfiyyat məlumatlarından əldə etdiyim məlumata əsasən, hesab edirəm ki, o, gələn il NATO ölkələri ilə müharibəyə hazırlaşır”.

Ukrayna lideri onu da qeyd edib ki, belə ssenariyə 100 faiz əmin deyil və bunun qarşısının alınacağına ümid edir.

Xatirə SADİQ