Trampın elçisi Putinin yanından ümidli qayıdıb - Nə danışdı?
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Rusiyanın prezidenti Vladimir Putinlə Sankt-Peterburqda keçirdiyi görüşü konstruktiv adlandırıb.
SAVASHMEDİA.az bildirir ki, bu barədə TASS xəbər yayıb.
“Oslo şəhərində əldə olunan uğurları inkişaf etdirmək məqsədilə Sankt-Peterburqda prezident Putinlə görüşdük”, - o, “X” sosial şəbəkəsində yazıb.
Uitkoff əlavə edib ki, müzakirələr konstruktiv keçib və ABŞ, Rusiya və Ukrayna arasında texniki səviyyədə üçtərəfli danışıqlar çərçivəsində davam etdiriləcək.