"Ərdoğan məni sevmir, Türkiyəyə zərbə endirəcəyik" - Netanyahu

İsrail Baş naziri Binyamin Netanyahu Türkiyəni ölkəsi üçün mümkün yeni rəqib kimi göstərib.

Aug 31, 2026 - 13:04
Aug 31, 2026 - 13:05
"Ərdoğan məni sevmir, Türkiyəyə zərbə endirəcəyik" - Netanyahu

SAVASHMEDİA.az xəbər verir ki, Netanyahu Kanal 14-ə müsahibəsində İsrailin coğrafi və demoqrafik baxımdan kiçik ölkə olduğunu, asanlıqla mühasirəyə alına biləcək ərazidə yerləşdiyini deyib. 

O bildirib ki, İsrailin baş naziri ölkənin gələcəyini qorumaq, düşmənlərin yenidən silahlanmasının qarşısını almaq və Türkiyə kimi yeni rəqiblərin meydana çıxmasına imkan verməmək üçün fəaliyyət göstərməlidir.

Netanyahu həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın onun istefasını tələb etdiyini xatırladaraq, “Onlar bunu niyə deyirlər? Ərdoğan bizi, xüsusilə də şəxsən məni sevmir. Çünki onlara zərbə endirəcəyimizi başa düşürlər. Bu işi başa çatdıracağıq”, - deyib.

Oğuz