"Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi

“Qəbələ” baş məşqçi Kaxaber Sxadadze ilə yollarını ayırıb.

Aug 31, 2026 - 13:50
"Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gürcüstanlı mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib. Onun köməkçisi Georgi Çixradze ilə də yollar ayrılıb.

Qeyd edək ki, Sxadadze 2024-cü ilin fevral ayından "Qəbələ"ni çalışdırırdı. Komanda hazırda Misli Premyer Liqasında 3 turdan sonra cəmi 1 xalla 10-cu pillədə qərarlaşıb.