“Trampın varisi Vens olacaq” - Marko Rubio

ABŞ dövlət katibi Marko Rubio prezident Donald Trampın varisi kimi onun namizədliyini nəzərdən keçirməsi ilə bağlı şayiələrə münasibət bildirib. 

Oct 6, 2025 - 12:43
“Trampın varisi Vens olacaq” - Marko Rubio

SAVASHMEDİA.az xəbər verir ki, dövlət katibi bu barədə Fox News telekanalına müsahibəsində danışıb.

Marko Rubio deyib ki, bu, başqa adam olacaq. 

“Respublikaçılardan növbəti namizəd, hesab edirəm ki, vitse-prezident Vens olacaq. Əgər o, namizəd kimi irəli sürülmək qərarına gəlsə. O, mənim yaxşı dostumdur və o, öz işinin öhdəsindən əla gəlir”, - deyə dövlət katibi söyləyib.

Xatirə SADİQ