“Baydenə qarşı cinayət işi açılmalıdır” – Rusiyalı deputat
“Hüquq-mühafizə orqanları prezidentlik müddəti başa çatdıqdan sonra Co Baydenə qarşı cinayət işi açmalıdır”.
SAVASHMEDİA.az “Mosсow Times” nəşrinə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin üzvü Mixail Şeremet deyib.
Onuin sözlərinə görə, Bayden tarixə ən qanlı ABŞ prezidenti kimi düşəcək: “Bayden planetin müxtəlif yerlərində münaqişələrə səbəb olan və siyasi karyerasının sonunda üçüncü dünya müharibəsinin başlanması üçün ilkin şərtlər yaratmağa qərar verən, bəlkə də, tarixə ən qanlı Amerika prezidenti kimi düşəcək. Onun səlahiyyət müddəti başa çatdıqdan sonra Baydenə qarşı cinayət işi açılmalı və hərbi cinayətkar kimi tanınmalıdır”.
Duma üzvü Amerika prezidentini Ukrayna xalqının soyqırımında, həmçinin Ukraynada müharibəyə “rejissorluq” etməkdə ittiham edib.
Xatirə SADİQ