Avropa (İT)tifaqı
2.Miqrant istilaları
İki ali təhsilli, ölkədə və xaricdə magistr dərəcəsi almış Sən (Mən - Birimiz) gedib Avropa İttifaqının qapısını döysən, sənin özünü döyüb qovarlar.
Amma peşəkar bələdçiyə (oxu: insan alverçisinə) pul ödəyib sərhədi qanunsuz keçsən, daxildə sənə status verər, gözləmə rejiminə qoyar, sanballı aylıq müavinət müəyyənləşdirərlər. Səni artıq qəzəblə "sərhəd pozucusu", "cinayətkar" deyil, hörmətlə “qeyri-qanuni miqrant” adlandıracaq, yaşamaq üçün sığınacaq verəcəklər.
Bu hal, əslində, təxminən 15 il bundan əvvəl yayılıb. Qaçqın ac-yalavacların tam əksəriyyəti ərəb ölkələrindən Avropaya gedirdi. Maraqlıdır ki, özünü həmin xalqların dostu və “böyük qardaşı” kimi təqdim edən Rusiyanı heç kəs bəyənmirdi. Yalnız Qərb! Ancaq Avropa! Qaçqınlar “ağzının dadını” yaxşı bilirdilər.
Avropanın başı “qarnından” çıxmayan başbilənləri öz qonaqpərvərliyini əhalinin sayının daim azalması, işçi qüvvəsinin çatmaması ilə izah edirdilər. Lax siyasətin dərmə-deşiyini “insan haqları”, “demokratik prinsiplər” kimi ənənəvi demaqoq ifadələrlə malalayırdılar.
Həqiqətən, Avropada doğum kəskin şəkildə azalmışdı. Bir çox sahədə işçilərin çatışmazlığı üzə durmuşdu. Problemləri həll etmək lazım idi. Lakin elə yox!
Vətəndaşlarının sosial müdafiə səviyyəsi ilə həmişə qürrələnən Avropa əslində onları ictimai tənbələ çevirib. Məsələ o yerə çatıb ki, çox adam işləmədən böyük məbləğdə yardım alır. Belə imkan onları peşə təhsilindən yayındırır, ixtisasa yiyələnməyə, peşə yönümünü dəyişməyə həvəsləndirmirdi. Bu minvalla, havayı çörək zəhmətkeş çörəkçiyə deyil, tənbələ, tüfeyliyə, hətta fırıldaqçıya verilirdi. "Qara iş"lərdə heç qaralar da çalışmaq istəmirdilər.
Zaman dəyişmişdi. Amerikada qara nazirlər peyda oldular. Hollivud təkcə müasir yox, hətta tarixi filmlərdə zəncilərin “ali”liyini nümayiş etdirirdi. Qara dərili populyar artistlər çox düşünmədən iblisə qulluq edirdilər. Morqan Frimen əfsanəvi britaniyalı Robin Qudun “sağ əli”nə, Uil Smit ABŞ prezidenti Tomas Cefersonun xüsusi gizli agentinə çevrildi. Deyilənin əksinə olaraq, yalan ayaq tutub real həyata yeridi. Xam Obamanın hakimiyyəti dövrü o qədər də qara görünməsin deyə, seçici xəstə iddialı Trampa yol açdı. Xarici siyasət doğma əmisini qumbaraatan dan atəşə tutan koreyalı Hadı yox, Bıdı Inın ayaqları altına atıldı.
Avropada miqrant axınını ən gur salamlayanlar İttifaq, onun liderləri Almaniya və Fransa, beynəlxalq siyasətdə düşünmədən quyruğunu bulayan xırda-mırda Belçika, Niderland və bu kimi zadlar oldu. Qaçqınların əlindən ən çox zara gələn isə cənub ölkələri – İtaliya, Yunanıstan, İspaniya, hətta həmin Fransa əhalisi idi.
Aralıq dənizində qəzalı donanma meydana çıxdı. Müasir dəniz quldurları ərəblərdən və zəncilərdən yaxşı pul alıb, onları pis, nasaz qayıqlara doldurur, qitə sahillərinə yaxın yerdə hərəkətsiz atıb gedirdilər. Avropa şüurlu, yəni xəstə təfəkkürlü qeyri-hökumət təşkilatları öz gəmilərində həmin qaçqınları “xilas edir”, daşıyır, yeni həyata vəsiqə verirdi.
Yadımdan çıxmaz! Körpüyə yan almış gəmidən sahilə cavan ərəblər hoppanırdılar. Gözlərində nifrət, üzlərində qəddarlıq var idi, zalımlıq tökülürdü. Aralarında bir nəfər də ailə üzvü – arvad-uşaq, qoca ana yox idi. Sanki əsgərlər hərbi libasını dəyişərək mülki geyimdə Avropaya hücum çəkmişdilər. Təəccüblənmə ki, sonradan gah Stokholmda, gah Parisdə, Londonda və Berlində hansısa miqrant bomba partladır, ticarət mərkəzində, küçədə adamları bıçaqlayır, baltalayırdı...
Miqrantların bir maraqlı cəhəti də var. Haradasa eşidiblər ki, Avropada insanların haqları mövcuddur. Gələn kimi deyirlər “Ondan mənə də ver!”. Tam həcmdə istəyirlər. O cümlədən, ictimai yerlərdə başı örtülü, üzü bağlı gəzməyə icazə tələb edirlər. Güman, onlara vətəndə məhz çadra-filan olunub qadağan. Avropanın azadlığı, çörəyi yaxşıdır, amma həyat tərzi, sən demə, pis imiş. Gəmidə gəmiçi ilə dalaşırlar... Onları qəzalı gəmilərə şalban, kartof torbası kimi üst-üstə yığıb uzaq sahillərə daşıyan gəmiçilərə isə bir kəlmə də deməzdilər.
Söz düşmüşkən, indiyədək Avropaya insan aparan gəmilərin 4 mindən artıq sərnişini dəniz sularına qərq olub...
Nə olub – keçmişdə qalsın! Bəs indi nə etməli?
– Avropa öz sağlam, amma tənbəllikdən işləməyən vətəndaşlarının müavinətlərini ləğv etməlidir;
– ölkəyə qanunsuz olaraq gəlmiş miqrantların hamısı cinayətkar elan olunmalı, deportasiya edilməlidir;
– ehtiyac duyulan işçi qüvvəsi müsabiqə əsasında, konkret ixtisaslar üzrə və müəyyən sayda gətirilməli, onlarla müddətli əmək müqaviləsi bağlanmalı, vətəndaşlıq verilməməli, sonrakı taleyi şəraitdən asılı olaraq müəyyənləşməlidir.
Avropanı azad görmək istəyirəm!
√ Cəfəng və zərərli prinsiplərdən!
√ Büdcə bədxərcliyindən!
√ İslamofobiyadan!
√ Təcavüzkar Rusiya qarşısında tədbirsizlikdən!
√ Yad şüurlu və təbiətli insanlardan!..
A.ƏZİZ,
azad insan.