"Daha müharibə olmayacaq" - Paşinyan

“Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq”.

Sep 15, 2025 - 12:46
"Daha müharibə olmayacaq" - Paşinyan

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Yazda söyləmişdim ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq, indi də bəyan edirəm: artıq Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub”, - baş nazir qeyd edib.

Paşinyanın fikrincə, iki ölkə arasında əldə edilmiş sülhün qayğıya ehtiyacı var:

“Hətta 50 ildir mövcud olan sülh də institutsionallaşmaya ehtiyac duyur. Çünki sülhün institusionallaşdırılması ilə məşğul olmasanız, sülh deinstitusionallaşdırılır, yəni aradan qalxır”.