"Əlimizin çatmadığı yer yoxdur" - Netanyahudan sadə iranlılara ŞOK MÜRACİƏT
Bu həlledici məqamda mən heç bir vasitəçi olmadan birbaşa sizə, İran xalqına müraciət etmək istəyirəm. Orta Şərqdə İsrailin əlinin çatmadığı yer yoxdur, xalqımızı və ölkəmizi qorumaq üçün getməyəcəyimiz yer yoxdur.
SAVASHMEDİA axar.az-a istinadən xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu İran xalqına videomüraciətində deyib.
"Hər keçən an rejim sizi, nəcib fars xalqını uçuruma daha da yaxınlaşdırır. Amma siz sadə bir şeyi bilirsiniz. İranın zülmkarları sizin gələcəyinizlə maraqlanmır. İran nəhayət azad olacaq və bu an insanların düşündüyündən çox daha tez gələcək, hər şey fərqli olacaq. Bizim iki qədim xalqımız, yəhudi xalqı və fars xalqı nəhayət sülh içində olacaq. Bizim iki ölkəmiz, İsrail və İran, sülh içində yaşayacaq".
Qeyd edək ki, İsrail ordusunun Livana daxil olduğu haqda məlumat və görüntü yayılıb. Ağ Evdən isə İsrailin Livanın cənubunda məhdud əməliyyat keçirdiyi haqda ABŞ-ı məlumatlandırdığı açıqlanıb.