"Yox uşaqlar, belə olmayacaq" - Lavrov İrəvanda "bizi bir dəfə aldatmısınız" dedi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna münaqişəsinin həlli üçün “atəşkəs bağlayaq, sonrasına baxarıq” formatını qəbul etməyəcəklərini açıqlayıb.

May 21, 2025 - 17:55
"Yox uşaqlar, belə olmayacaq" - Lavrov İrəvanda "bizi bir dəfə aldatmısınız" dedi

SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə İrəvandakı Rusiya-Ermənistan Universitetində çıxışı zamanı danışıb.

Lavrovun sözlərinə görə, bu, bir dəfə baş verib və Moskva daha aldanmaq istəmir:

"Bu cür yanaşmanın nəticələrini 2022-ci ildə götrdük. Həmin il Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbul görüşü bunun bariz nümunəsidir. O zaman tərəflər sazişin əsas müddəaları üzrə razılığa gəldilər, lakin Qərb Kiyevə yekun sənədi imzalamağı qadağan etdi. Odur ki, iİndi onlar bizə bir daha deyəndə ki, gəlin barışaq, sonrasına baxarıq, cavabımız aydındır: "Yox, uşaqlar, biz daha bunu daha istəmirik".

Xatırladaq ki, 2025-ci il mayın 16-da Rusiya və Ukrayna arasında yenidən İstanbulda danışıqlar baş tutub.

Tərəflər əsirləri “min minə” əsasında dəyişmək barədə razılığa gəliblər və şərtlərin ətraflı təsviri daxil olmaqla, mümkün atəşkəs üçün öz təkliflərini təqdim ediblər. Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski başçılıq edib və o, danışıqların yekununda əldə olunmuş razılaşmalardan məmnunluğunu ifadə edib.

Oğuz