Putindən Trampa xəbərdarlıq – “Şərqi Ukraynaya hücum planlaşdırılır”
Rusiya prezidenti iyulun 3-də telefon danışığı zamanı ABŞ prezidenti Donald Trampa bildirib ki, özününki hesab etdiyi regionların inzibati sərhədlərinə çatmaq üçün yaxın 60 gün ərzində Ukraynanın şərqində növbəti eskalasiya planlaşdırır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə mənbələrinə istinadən Axios portalı məlumat yayıb.
Söhbətlə tanış olan mənbənin sözlərinə görə, Tramp xüsusilə bu barədə fransalı həmkarı Emmanuel Makrona danışıb.
ABŞ prezidenti Makrona deyib ki, Kremlin başçısı “bütün bunları əlinə keçirmək istəyir”.
Xatirə SADİQ