“Putini masaya oturmağa məcbur edəcəyik” – amerikalı senator

Respublikaçı senator Lindsi Qrem Rusiyanın təcavüzündən qorunması üçün Ukraynaya yaxın günlərdə rekord silah tədarükü olacağını bildirib.

Jul 14, 2025 - 12:01
“Putini masaya oturmağa məcbur edəcəyik” – amerikalı senator

SAVASHMEDİA.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bunu amerikalı senator CBS-nin “Face the Nation” proqramında deyib. 

“Gözləyirəm ki, yaxın günlərdə Ukraynanın müdafiəsinə kömək etmək üçün rekord sayda silah axını görəcəksiniz. Putinin ən böyük səhv hesablamalarından biri Trampı udmaq olub. Baxın, yaxın günlərdə və həftələrdə Putini danışıqlar masasına oturtmağa məcbur etmək üçün böyük səylər göstəriləcək”, - deyə Qrem vurğulayıb.

Senatorun sözlərinə görə, Tramp hazırda Rusiyaya qarşı mübarizə aparmaq üçün Ukraynaya yardıma artan maraq nümayiş etdirir, çünki müharibə dönüş nöqtəsinə yaxınlaşır. 

Qrem və onunla yanaşı proqramda iştirak edən demokrat-senator Riçard Blumental bildiriblər ki, Kapitolidə və Avropa rəsmiləri arasında dondurulmuş Rusiya aktivlərinin 300 milyard dollarının bir hissəsini Ukraynaya kömək etmək üçün istifadəsi üzrə konsensus artıb.

“Bunu etməyin vaxtı gəlib çatıb”, - deyə Blumental əlavə edib.

Xatirə SADİQ