Ukrayna və ABŞ sazişi bu həftə tamamlanır? - “Bloomberg”
Ukrayna və ABŞ faydalı qazıntılar üzrə sazişi bu həftə tamamlamağı planlaşdırır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentlik yazır ki, təhlükəsizlik təminatı müqabilində ABŞ-nin Ukraynanın mineral ehtiyatlarına çıxışı ilə bağlı sazişin bağlanması Tramp administrasiyasının üç illik müharibəyə son qoymaq səylərinin əsas elementi ola bilər.
İdeal olaraq, faydalı qazıntılar üzrə saziş ABŞ və Ukrayna prezidentlərinin iştirakı ilə imzalanmalıdır. Cümə axşamı Kelloq ilə görüşən Zelenski, Amerika lideri Putinlə görüşməzdən əvvəl Trampla görüşməkdə israrlıdır.
“Bloomberq” qeyd edib ki, ideal durumda faydalı qazıntılar üzrə saziş ABŞ və Ukrayna prezidentlərinin iştirakı ilə imzalanmalıdır. Cümə axşamı Kelloq ilə görüşən Zelenski israr edir ki, o, amerikalı həmkarı ilə Putinlə görüşdən öncə bir araya gəlməlidir.
Xatirə SADİQ