Zelenskinin Putinlə bağlı zarafatı aparıcını güldürdü - "Gülməməliyəm, amma..." + VİDEO

Münhendə keçirilən Təhlükəsizlik Konfransı zamanı Zelenski nəinki alqışlarla qarşılanıb, həm də öz hazırcavablığı və yumor hissi ilə tədbir iştirakçılarının rəğbətini qazanıb.

Feb 21, 2025 - 17:28
Feb 21, 2025 - 17:42
Zelenskinin Putinlə bağlı zarafatı aparıcını güldürdü - "Gülməməliyəm, amma..." + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bu, CNN-in məşhur aparıcısı Kristian Amanpurun moderatorluğu ilə aparılan brifinq zamanı baş verib. 

Amanpur Ukrayna prezidentinə belə bir sual verib: “Xəbər verildiyi kimi, siz prezident Trampa demisiniz ki, Putin danışıqlara Trampdan qorxduğu üçün gedir. Bunu ona demisiniz?”.

Zelenski cavabında “Bəli. Mən Trampa dedim ki, Putin ondan qorxur. Bəli. O, məni eşitdi. (Pauzadan sonra – red.) Və bunu indi Putin də bilir…”

Bu yerdə aparıcı və bütün salon gülməyə başlayıb. 

Amanpurun “Gülməməliyəm, amma siz məni güldürürsünüz” atmacasına Zelenski belə cavab verib: “Biz sülh istəyirik, biz yaşamalıyıq və biz gülümsəməliyik. Əlbəttə, vaxtımız olanda”.

Xatirə SADİQ