“Rosatom” rəhbərindən sanksiyalara reaksiya – “Bu, mükafat siyahısıdr”
“ABŞ Maliyyə Nazirliyinin yanvarın 10-da “Rosatom” rəhbərliyinə qarşı elan etdiyi sanksiyalar məhdudiyyətlər haqqında qərardan daha çox mükafat siyahısına bənzəyir”.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu “Rosatom” dövlət korporosiyasının baş direktoru Aleksey Lixaçov Hanoyda keçirilən Rusiya-Vyetnam biznes dialoqu çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yeni sanksiyalar “daxildə yalnız mənfi emosiyaları ehtiva etmir”.
O, Amerika tərəfinin əsaslandırma kimi istifadə etdiyi ifadəni xatırladıb: “Mən, ilk növbədə, ABŞ Maliyyə Nazirliyinin açıqladığı ifadəni sözbəsöz sitat gətirirəm ki, biz qabaqcıl nüvə texnologiyalarının inkişafı, atom elektrik stansiyalarının ixracı, qeyri-nüvə fəaliyyətlərinin inkişafı, o cümlədən yeni materialara görə sanksiyalara daxil oluruq. Bu, sanksiya qərarından daha çox mükafat siyahısına bənzəyir. Və burada, fikrimcə, deyərdim ki, bizim nailiyyətlərimizin və xidmətlərimizin təsbiti var”.
Lixaçov bu qərarın digər mühüm aspektini “Rosatom”un, demək olar ki, bütün rəhbərliyinin SDN-sanksiyalar siyahısına daxil edilməsini adlandırıb.
“Elə təəssürat yaranır ki, Amerika Maliyyə Nazirliyi bizim dəyərimizi öyrənib, bizim belə dəyərimiz var – vahid komanda. Budur, bizim hamımızı vahid komanda qismində bu sanksiyalara daxil ediblər. Aydındır ki, bunun bizim, mənim, yoldaşlarım üçün praktiki əhəmiyyəti yoxdur. Biz ABŞ-də heç bir aktivə, hesaba və s. malik deyilik. Ona görə də bu, daha çox bizim üçün xidmətlərimizin qeyri-dostcasına tanınmasının nümayişidir”, - deyə Lixaçev iddia edib.
“Bu, (“Rosatom” rəhbərliyinin ABŞ-nin sanksiyalar siyahısına daxil edilməsi – red.) Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə dialoqu, həmin təşkilatın Rusiyadakı, eləcə də Zaporojye Atom Elektrik Stansiyasındakı missiyalarının işini çətinləşdirəcəkmi?” sualına cavabənda Lixaçov bildirib ki, hazırda danışıqlar normal gedir. Onun sözlərinə görə, danışıqlar həm də Rusiyanın Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Rusiya Qvardiyasının iştirakı ilə aparılır.
“Amerikalıların qəbul etdiyi qərarın MAQATE rəhbərliyinin mövqeyinə necə təsir edəcəyini mühakimə edə bilmərəm. Amma dərhal vurğulaya bilərəm ki, yanvarın 10-da dərc olunan qərar vətəndaşlara ünvanlanmış qərardır. Bu, şəxsi qərardır”.
O, nəzərə çatdırıb ki, dövlət korporasiyası ABŞ-nin qərarının dinc nüvə enerjisi sahəsində əməkdaşlığa təsir etməyəcəyini hesab edir: “Biz fərqli məqsədlərə nail olmaq üçün müxtəlif ssenarilər həyata keçirməklə “məqsədləri dəyişdirmirik, özümüzü dəyişirik” prinsipi ilə yaşayırıq. Ona görə də, düzünü desək, biz əməli fəaliyyətimizdə heç bir ciddi dəyişiklik hiss etmirik və planlaşdırmırıq”.
Qeyd edək ki, ABŞ yanvarın 10-da Rusiya enerjisinə qarşı ən əhəmiyyətli sanksiyaları elan edib. “Qazprom Neft” və “Surqutneftgaz” kimi neft şirkətləri, həmçinin onların iyirmidən çox törəmə şirkəti, tankerləri və sığortaçıları məhdudiyyətlərə məruz qalıb.
Sanksiya siyahısına daxil edilən fiziki şəxslər arasında “Rosatom”un rəhbəri Aleksey Lixaçov, onun birinci müavinləri Kirill Komarov və Aleksandr Lokşin, maşınqayırma üzrə müavini Andrey Nikipelov, iqtisadiyyat və maliyyə üzrə müavini İlya Rebtov, Şimal dəniz marşrutu direksiyasının müdiri Vyaçeslav Rukşa da var.
“Rosatom”da top-menecerlərə qarşı sanksiyaları ədalətsiz rəqabət elementi adlandırıblar. Moskva hesab edir ki, məhdudiyyətlər qeyri-qanunidir.
Xatirə SADİQ