Xanımı Makronun əlini buna görə tutmayıbmış - FOTOLAR

Fransa Prezidenti Emmanuel Makronun xanımı Bricit Makronun Böyük Britaniya səfəri boyunca həyat yoldaşına soyuq davranması dünya mediasının gündəminə çevrilmişdi.

Jul 10, 2025 - 12:59
Xanımı Makronun əlini buna görə tutmayıbmış - FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, gərgin və kədərli görünən Bricit Makron Britaniyada təyyarədən enərkən Emmanuel Makronun əlini tutmamış və onu görməzdən gəlmişdi.

Mediada çıxan “yenə də küsüblər”, “prezident və xanımı arasında gərginlik davam edir” başlıqlı xəbərlərə görə Yelisey sarayı açıqlama verməyə məcbur olub. Sarayın yaydığı məlumata görə, Bricit Makron Britaniya səfərinə çıxarkən yasda olub. Çünki birinci xanım ötən həftə bacısı Anna-Mari Tronyeni itirib. Ağır itkidən təsirlənsə də, vəzifəsini yerinə yetirməli olub.

Qeyd edək ki, Anna-Mari Tronye də lisey illərində Emmanuel Makronun müəllimi olub.