Aİ ölkələri Rusiya məsələsində razılığa gəldi - Sanksiyalar uzadılır

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların uzadılması barədə razılığa gəliblər. 

Jan 27, 2025 - 21:09
Aİ ölkələri Rusiya məsələsində razılığa gəldi - Sanksiyalar uzadılır

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas “X” platformasında bildirib.

“Avropa vədinə əməl edir: Aİ-nin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların yenidən uzadılması ilə bağlı yenidən razılığa gəldilər”, - deyə Kallas yazıb.

Qeyd edək ki, yanvarın 1-dən Aİ-yə sədrlik edən Polşanın baş naziri Donald Tusk bildirmişdi ki, Macarıstanın Rusiyaya qarşı sanksiyalarla bağlı razılaşmaqdan imtina etməsi Orbanın Vladimir Putinin “komandasının” bir hissəsi olduğunu göstərəcək fakt olacaq. 

Kallas isə qeyd etmişdi ki, Aİ Ukrayna ilə bağlı danışıqlara qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək, çünki bu, Brüsseli “daha zəif mövqeyə salacaq”.

Xatirə SADİQ