Putini 40 dəqiqə gözləyən Şahbaz Şərif elə hərəkət etdi ki... - Dünyanın danışdığı VİDEO
Pakistanın Baş naziri Şahbaz Şərif Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Sadır Japarovun görüşünə icazəsiz qatılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu, Aşqabadda "Beynəlxalq sülh və etimad ili - 2025" forumu çərçivəsində keçirilən görüşdə baş verib.
Məlumata görə, Baş nazir Putinlə görüş üçün 40 dəqiqə gözləyib. Putin Şəriflə yox, Ərdoğan və Japarovla görüşə gedib. Ş.Şərif isə icazəsiz Türkiyə, Rusiya və Qırğızıstan prezidentlərinin görüşünə qatılıb.
Qeyd edək ki, dekabrın 12-də Aşqabadda “Beynəlxalq sülh və etimad ili (2025)”, Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş beynəlxalq forum işə başlayıb. Azərbaycanı forumda Əli Əsədov təmsil edib.
Banu