Putin Azərbaycanla münasibətlərdən DANIŞDI
“Azərbaycan çoxsaylı istiqamətlərdə, o cümlədən energetika sahəsində bizim sabit və yaxşı tərəfdaşımızdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitindəki çıxışı zamanı bildirib.
V.Putin Azərbaycan Prezidenti İlham Əliyevlə energetika və qaz sahələrində əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdiklərini də diqqətə çatdırıb:
“Hazırda Azərbaycan Prezidenti cənab Əliyevlə fəal dialoqdayıq. Energetika və qaz sahəsində əməkdaşlığımızın genişləndirilməsi məsələlərini müzakirə edirik. Biz burada yaxşı perspektivlər görürük və bu birgə işə hazırıq”.
Banu