Kadırov Çeçenistana dron hücumu edildiyini təsdiqlədi - Putin adına universitet vurulub

Çeçenistandakı Putin adına Rusiya Xüsusi Təyinatlılar Universiteti dronların hücumuna məruz qalıb.

Oct 29, 2024 - 13:30
Kadırov Çeçenistana dron hücumu edildiyini təsdiqlədi - Putin adına universitet vurulub

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə regionun başçısı Ramzan Kadırov məlumat yayıb. 
 
Onun sözlərinə görə, hücum nəticəsində Qudermesdə yerləşən universitetin binasının damında yanğın olub. 

Kadırov hücumda neçə dronun iştirak etdiyinə aydınlıq gətirməyib: “Xəsarət alan olmayıb, yanğın söndürülüb. İstintaq orqanları hadisə ilə bağlı araşdırmalara və cinayətdə iştirak edən şəxslərin müəyyən edilməsinə başlayıb. Universitetin fəaliyyəti dayandırılmayıb, bütün xidmətlər normal rejimdə işləyir”, - Kadırov əlavə edib.

Rusiya Müdafiə Nazirliyi Çeçenistana pilotsuz təyyarə hücumu barədə məlumat verməyib.

Xatirə SADİQ