Zelenski təsdiqlədi, qoşunlar Rusiya ərazisinə girib
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin hesabatını dinləyib.
SAVASHMEDİA.az xəbər verir ki, Zelenski Ukrayna qoşunlarının Rusiyanın Kursk və Belqorod vilayətlərində əməliyyatı apardığını rəsmən təsdiqləyib.
"Ali Baş Komandan Aleksandr Sırski bu gün mənə Rusiyanın Kursk və Belqorod vilayətlərində mövcudluğumuz barədə məruzə etdi. Biz düşmən ərazisində sərhəd bölgələrində aktiv əməliyyatlar aparmağa davam edirik və bu, tamamilə ədalətlidir. Müharibə başladığı yerə qayıtmalıdır", - Zelenski bildirib.
Ukrayna mətbuatı bundan əvvəl məlumat vermişdi ki, mart ayında Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının Belqorod vilayətinə daxil olub və Demidovka kəndinin kənarında dayaq nöqtəsi yaradıb.
Oğuz