Tramp jurnalistlərə Zelenskidən elə sözlər dedi ki... - Gözlənilməz AÇIQLAMA 

ABŞ prezidenti Donald Tramp Ukraynanı sülh danışıqlarında bərabərhüquqlu iştirakçı adlandırmayıb.

Feb 13, 2025 - 13:23
Tramp jurnalistlərə Zelenskidən elə sözlər dedi ki... - Gözlənilməz AÇIQLAMA 

SAVASHMEDİA.az xəbər verir ki, bu hadisə Trampın Oval kabinetdə mətbuat-konfransı zamanı baş verib. 

“Ukraynanı sülh prosesində bərabərhüquqlu iştirakçı hesab edirsinizmi?” sualına Tramp “bu, maraqlı sualdır” deyib.

“Düşünürəm ki, onlar sülhü bağlamalıdırlar. Onların adamlarını öldürürlər və mən düşünürəm ki, onlar sülh bağlamalıdırlar. Mən dedim ki, bu, başlamağa dəyməyəcək pis müharibədir. Və mən düşünürəm ki, onlar sülh bağlamalıdır. Bax, mən bunu düşünürəm”, - deyə Tramp vurğulayıb. 

“Zelenskinin müharibəni bitirmək üçün ərazini güzəştə getməsini və ya onu mübadilə etməsini dəstəkləyirsinizmi” sualına Tramp belə cavab verib: “O, etməli olduğu işi görməli olacaq. Lakin onun reytinqi, yumşaq desək, çox da yüksək deyil”.

Bununla belə, Tramp hesab etmir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin danışıqlar prosesində iştirakının dondurulması təhlükəsi mövcuddur.

Xatirə SADİQ