"Bilirəm, nə soruşacaqsınız, başım qarışıqdır" - İşdən çıxarılan icra başçısı DANIŞDI

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev yanvarın 30-də sərəncam imzalayıb.

Jan 31, 2026 - 13:45
Jan 31, 2026 - 14:11
"Bilirəm, nə soruşacaqsınız, başım qarışıqdır" - İşdən çıxarılan icra başçısı DANIŞDI

İcra başçısının işdən çıxarılmasının səbəbləri ilə bağlı müxtəlif versiyalar dolaşır. Bura rüşvət, rayonun Ələt qəsəbəsində qanunsuz məscid tikintisinə göz yummaq, rayonda abadlıq quruculuq işlərinin aparılmaması kimi məsələlər daxildir.

SAVASHMEDİA.az xəbər verir ki, yeni sabah işdən çıxarılmasının əsl səbəbini öyrənmək üçün S.Mikayılovla əlaqə saxlayıb.

O, “vəzifədən azad olunacağınızı gözləyirdinizmi? Bunu necə qiymətləndirirsiniz?” sualına belə cavab verib:

“Başım bir az qarışıqdır. Xahiş edirəm, sonra danışarıq. Bilirəm nə ilə bağlı suallar verəcəksiniz. Amma danışmaq istəmirəm”.

Qeyd edək ki, 1962-ci il təvəllüdlü S.Mikayılov 22 ilə yaxın icra başçısı olub. O, Qaradağdan əvvəl Yardımlı və Lənkəranda işləyib. 2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 8 ay sonra yeri Lənkərana dəyişdirilib. 2010-cu ildən isə Qaradağın icra başçısı idi.