Bu analara hər ay 100 manat veriləcək - AZƏRBAYCANDA

3 yaşınadək uşağa qulluq edən analara verilən aylıq müavinətin 100 manata çatdırılması təklif olunub.

Nov 4, 2026 - 11:11
Bu analara hər ay 100 manat veriləcək - AZƏRBAYCANDA

SAVASHMEDİA.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə təqdim olunan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində nəzərdə tutulub.

Layihəyə görə, 3 yaşınadək uşağa qulluğa görə ödənilən aylıq müavinətin adambaşına düşən məbləğinin hazırkı 37 manat 58 qəpikdən 100 manata yüksəldilməsi planlaşdırılır.

Beləliklə, təklif qəbul olunarsa, müavinət 62 manat 42 qəpik artacaq.

Banu