Dəfn pulu da artırılır - YENİ MƏBLƏĞLƏR
Azərbaycanda dəfn mərasimi ilə bağlı ödənilən müavinətlərin məbləğinin 2027-ci ildə artırılması nəzərdə tutulur.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə müddəalar Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə təqdim olunan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində yer alıb.
Layihəyə əsasən, pensiyaçılar üçün nəzərdə tutulan dəfn müavinətinin bir nəfərə düşən orta məbləğinin 946 manatdan 1 200 manata çatdırılması proqnozlaşdırılır.
Sığortaolunanlara ödənilən dəfn pulunun adambaşına düşən orta məbləğinin isə 590 manatdan 700 manata yüksəldilməsi nəzərdə tutulur.
Banu