Azərbaycanda uşağın doğulmasına görə müavinət 900 MANAT ARTIRILIR – YENİ MƏBLƏĞ
Azərbaycanda gələn il uşağın anadan olmasına görə ödənilən müavinətin 1 500 manata çatdırılması nəzərdə tutulur.
SAVASHMEDİA.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə təqdim edilən “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Xatırladaq ki, 2026-cı ildə bu müavinətin məbləği 600 manat təşkil edib. Təklif qəbul olunarsa, ödəniş 900 manat artmış olacaq.
Banu