Gələn il pensiyalar bu qədər ARTIRILACAQ – Deputat dəqiq MƏBLƏĞİ AÇIQLADI

Milli Məclisin deputatı Musa Quliyev parlamentin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünkü birgə iclasında 2027-ci ildə pensiyanın nə qədər artacağı ilə bağlı məlumat verib.

Nov 5, 2026 - 11:43
Gələn il pensiyalar bu qədər ARTIRILACAQ – Deputat dəqiq MƏBLƏĞİ AÇIQLADI

SAVASHMEDİA.az xəbər verir ki, deputat gələn il Azərbaycanda ortaaylıq pensiyanın məbləğinin 45 manat artırılaraq 640 manata çatdırılacağını bildirib.

Deputat Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün nəzərdə tutulan xərclərinə də toxunub.

O qeyd edib ki, fondun ümumi xərclərinin 96,5 faizini, başqa sözlə, 8 milyard 950 milyon manatını əhaliyə ödəniləcək vəsaitlər təşkil edəcək.

Banu