Volodimir Zelenski Melaniya Trampı TƏLTİF ETDİ
ABŞ-nin birinci xanımı Melaniya Tramp Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən I dərəcəli “Knyaginya Olqa” ordeni ilə təltif edilib.
SAVASHMEDİA.az xəbər verir ki, Ukrayna prezidenti bununla bağlı Fərman imzalayıb.
Fərmanda bildirilib ki, Melaniya Tramp Ukraynaya humanitar dəstəyə əhəmiyyətli şəxsi töhfəsinə, Rusiyanın nəzarəti altında olan Ukrayna ərazilərindən qanunsuz deportasiya edilmiş Ukrayna uşaqlarının və vətəndaşlarının xilas edilməsinə yönəlmiş fəal hüquqi müdafiə və xeyriyyəçilik fəaliyyətinə görə mükafatlandırılıb.
Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndələri Melaniya Trampın da iştirakı və şəxsi səyi ilə atəşkəs barədə görüşlər keçirib. Görüşlərin nəticəsinə əsasən, tərəflər oktyabrın 27-dən noyabrın 1-dək Xerson vilayətinin Oleşki şəhərində lokal atəşkəsə nail olublar.
Banu