“Bütün Aİ təhlükə altındadır” – Avropa Komissiyası

Avropa İttifaqı (Aİ) ölkələrinin hava məkanına dronların sistemli şəkildə müdaxiləsi onu tam qoruyacaq “dron divarı”nın yaradılmasının zəruriliyini nümayiş etdirir.

Oct 3, 2025 - 16:59
“Bütün Aİ təhlükə altındadır” – Avropa Komissiyası

SAVASHMEDİA.az xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Toma Renye bu gün Brüsseldə keçirdiyi mətbuat konfransında deyib. 

“Bütün Avroittifaq təhlükə altındadır”, - deyə o, vurğulayıb.  

Renyenin sözlərinə görə, Avropa Komissiyası “üzv ölkələrdə baş verənləri” bilir və onlarla siyasi əlaqələri var.

“Məhz üzv-dövlətlər bu dronların haradan gəldiyini araşdırmalı və konkret olaraq üzv-dövlətlərə hansı risklər yarada biləcəyini müəyyənləşdirməlidir”, - deyə Avrokomissiyanın sözçüsü vurğulayıb. 

Renye qeyd edib ki, Aİ-nin hava məkanına yeni dron müdaxiləsi “bir daha prezidentin (Ursula fon der Leyen – red.) və Avropa komissarı Kubiliusun Danimarkada dediklərini təsdiqləyir: bütün Aİ-ni qoruyacaq “dron divarı” zəruridir”.

O, əlavə edib ki, dron insidenti təkcə Belçikada deyil, Almaniyada da baş verib. “Siz artıq cəbhəyanı ölkələrdən danışmırsınız. Artıq şərq cinahındakı ölkələrdən danışmırsınız. Siz, həqiqətən, bütövlükdə Avropa İttifaqından danışırsınız”, - Toma Reyne diqqətə çatdırıb.  

Xatirə SADİQ