Rusiya nümayəndə heyəti Ər-Riyada yola düşdü

Rusiyanı Ər-Riyaddakı görüşdə prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov təmsil edəcəklər. 

Feb 17, 2025 - 14:08
Rusiya nümayəndə heyəti Ər-Riyada yola düşdü

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu prezidentin sözçüsü Dmitri Peskov deyib. 
 
“Bu gün prezident Vladimir Putinin tapşırığı ilə xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov Ər-Riyada uçurlar”, - deyə Peskov əlavə edib.

Onun sözlərinə görə, danışıqlar Rusiya-Amerika münasibətlərinin bütün kompleksinin bərpasına, habelə Ukrayna nizamlanması üzrə mümkün danışıqların hazırlanmasına və iki prezident arasında görüşün təşkilinə həsr olunacaq.

Peskov qeyd edib ki, danışıqların iştirakçıları prezidentə tam, o cümlədən zəruri halda təcili hesabat təqdim edəcəklər. 

Kremlin sözçüsü bildirib ki, görüş yeri ümumiyyətlə həm Amerika tərəfinə, həm də Rusiya tərəfinə uyğun olduğundan seçilib.

ABŞ prezidenti Donald Tramp fevralın 14-də elan etmişdi ki, Moskva, Kiyev və Vaşinqtonun yüksək səviyyəli məmurlarının Səudiyyə Ərəbistanında görüşəcək.

Ukrayna lideri Vladimir Zelenski Səudiyyə Ərəbistanına planlaşdırılan səfəri təsdiqləsə də, məqsədinin məhbusların mübadiləsi olduğunu bildirib.

Xatirə SADİQ