Moldova MDB-dən tamamilə çıxması üçün lazımi prosedurlara başladı

Moldovanın Xarici İşlər Nazirliyi respublikanın Müstəqil Dövlətlər Birliyindən (MDB) tamamilə çıxması üçün zəruri prosedurlara başlayıb.

Jan 19, 2026 - 22:20
Moldova MDB-dən tamamilə çıxması üçün lazımi prosedurlara başladı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə XİN rəhbəri Mihai Popşoi "Moldova Radiosu"na bildirib.

Nazirin sözlərinə görə, hazırda departament MDB-nin təsis müqaviləsinin, onun əlavələrinin və Birliyin nizamnaməsinin ləğvi ilə bağlı layihənin hazırlanması ilə məşğuldur.

"Bu üç fundamental müqavilənin ləğvi ilə Moldova Respublikası rəsmi olaraq MDB-nin tərkibindən çıxacaq. Və bu proses artıq başlayıb. Biz bu qərarı bu yaxınlarda verdik. Təsdiq prosesi başlayıb", - deyə Moldova xarici işlər naziri bildirib.

Nazir əlavə edib ki, hazırlıq prosesi fevralın ortalarına qədər başa çatacaq. Bundan sonra parlament qərar qəbul edəcək.

Aytən