İsrail İranın hərbi obyektlərinə zərbələr endirməyə hazırdır - “Washington Post”
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenin administrasiyasına İranın nüvə və ya neft obyektlərinə deyil, hərbi obyektlərinə zərbələr endirməyə hazır olduğunu bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti yazıb.
Mənbələrdən biri qeyd edib ki, Bayden və Netanyahu arasında telefon danışığı zamanı İsrailin baş naziri ölkənin İranın hərbi infrastrukturuna zərbələr endirməyi planlaşdırdığını bildirib.
Başqa bir məmurun sözlərinə görə, cavab hərəkətləri elə olacaq ki, bu, ABŞ seçkilərinə siyasi müdaxilə kimi qəbul edilməməsi təsəvvürünü yaradacaq.
Qəzet yazır ki, Vaşinqton onun bəyanatını rahatlıqla qarşılayıb.
Jurnalistlərin həmsöhbəti qeyd edib ki, Netanyahu bu müzakirədə əvvəlkinə nisbətən daha mülayim mövqe tutub. Onlar istisna etməyiblər ki, İsrailin baş nazirinin mövqeyinin yumşalmasına Baydenin bu ölkəyə hava hücuçundan güclü müdafiə sistemi göndərmək qərarı təsir edib.
Ağ Ev qəzetin məlumatını şərh etməyib.
İsrailin baş nazirinin ofisindən isə “ABŞ-nin fikirlərini dinləyirik, lakin son qərarları milli maraqlarımıza əsaslanaraq verəcəyik” cavabı verilib.
Xatirə SADİQ