Bayden Putinlə niyə görüşməyib? - Ceyk Sallivan

Baydenin keçmiş milli təhlükəsizlik müşaviri Ceyk Sallivan keçmiş prezidentin Putinlə niyə görüşmədiyinə aydınlıq gətirib.

Aug 18, 2025 - 13:24
Aug 18, 2025 - 13:44
Bayden Putinlə niyə görüşməyib? - Ceyk Sallivan

SAVASHMEDİA.az xəbər verir ki, Sallivan bu barədə ABC News telekanalına müsahibəsində danışıb.

“Bizim iki il yarım ərzində ruslarla çox müxtəlif təmaslarımız oldu. Və bu təmaslara əsaslanaraq belə qənaətə gəldik ki, Rusiya bu müharibəni bitirmək üçün ciddi şəkildə masa arxasına əyləşmək niyyətində deyil. Ona görə də biz Amerikada sammitdən heç bir aydın və əmin nəticə əldə etmədən müharibəni davam etdirən Putinin önündə qırmızı xalça sərəcəyimiz bir sammit təşkil etmək istəmədik. Biz düşünmürdük ki, bu mümkündür. Alyaskaya baxanda bizim bu barədə mühakiməmiz doğru idi”, - deyə Sallivan vurğulayıb. 

O, əlavə edib ki, yekunda sammit baş tuta bilərdi, lakin nəticə əldə etmək üçün ona lazımi şəkildə hazırlaşmaq lazımdır.

“Ümid edirəm ki, prezident Tramp nəzər salacaq və görəcək ki, prezident Putin müharibəni davam etdirmək, əlavə fəsadlarla üzləşmədən Ukraynada irəliləmək üçün sadəcə bizi aldadır”.

Xatirə SADİQ