Üç gün ərzində mindən çox reys ertələndi - Moskvada 

Ukrayna dronlarının hücumları Moskva hava limanlarının fəaliyyətində növbəti kollapsa gətirib çıxarıb. 

Jul 21, 2025 - 14:56
Üç gün ərzində mindən çox reys ertələndi - Moskvada 

SAVASHMEDİA.az bu abrədə “Vedomosti” qəzetinə istinadən xəbər verir. 

Məlumata görə, iyulun 19-dan 21-dək paytaxtın hava qovşaqlarında ümumilikdə 1000-dən çox reys təxirə salınıb və ya ləğv edilib. Yüzlərlə reysin sərnişinləri iki gün ərzində uçuş gecikmələri ilə üzləşiblər. 

Bazar ertəsi, iyulun 21-nə keçən gecə Moskva hava limanları hava təhlükəsi səbəbindən yenidən məhdudiyyətlərlə fəaliyyət göstərib. Gecə yarısından və gün ərzində Şeremetyevoda 170-dən çox, Vnukovoda 24 və Domodedovoda iki reys ləğv edilib. RBC telekanalının hesablamalarına görə, 472 reys gecikib.

“Rosaviasiya” bəyan edib ki, uçuşların gecikmələri və təxirə salınması səbəbindən aviaşirkətlərə dəymiş ziyanın təzminatı məsələsinə hələlik baxmır. 

Bu fonda yeni nəqliyyat naziri Andrey Nikitin bildirib ki, paytaxtın hava qovşağında vəziyyət “may ayında olduğundan bir qədər yaxşıdır”. 

“Həmkarlar öz işlərini təhlil edirlər. Və hesab edirəm ki, ümumilikdə, dinamika var. Amma, bütövlükdə, nə hava limanları, nə də aviaşirkətlər bunu [“Xalça” planının tətbiqini] proqnozlaşdıra bilməz. Biz, əlbəttə ki, Müdafiə Nazirliyindəki həmkarlarımızla işləyəcəyik, nəsə etməyə çalışacağıq. Amma burada ilk növbədə təhlükəsizlik vacibdir”, - deyə nazir yekunlaşdırıb.

Xatirə SADİQ